Uşaqları mərc oyunlarına cəlb edənlər cərimələnəcək

Uşaqları mərc oyunlarına cəlb edənlər cərimələnəcək
  08 May 2020    Oxunub:2685
Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti