"Dövlət 4,8 milyon vətəndaşa köməklik göstərir" - Nazir müavini

  08 May 2020    Oxunub : 2495
 "Dövlət 4,8 milyon vətəndaşa köməklik göstərir" - Nazir müavini
“Bu gün dövlət təxminən ölkə əhalisinin 48 faizini təşkil edən yükü öz üzərinə götürüb. Bu gün 4 milyon 800 mindən çox vətəndaşa birbaşa köməklik göstərilir”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ciddi sosial müdafiə sistemi qurulub: “2018-ci ildən başlayaq bu sistemin təkminləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqları əsasında ciddi tədbirlər görülür”.

Nazir müavini qeyd edib ki, aprel ayında nazirlik tərəfindən 2,3 milyon şəxsə sosial ödənişlər həyata keçirilib:

“O cümlədən, 1 milyon 700 min nəfərə pensiya ödənişi, 418 min nəfərə müavinətlərin, 289 min nəfərə təqaüd, 82 min ailəyə ünvanlı dövlət sosial yardımı həyata keçirilib. Biz təhlil edən zaman əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz, və ya 103 milyon manatdan çox sosial yardım göstərilib”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN