Azərbaycanda koronavirusa yoluxanlar: “Necə oldusa, özüm də bilmədim” - VİDEO

  08 May 2020    Oxunub : 15293
 Azərbaycanda koronavirusa yoluxanlar: “Necə oldusa, özüm də bilmədim” - VİDEO
Azərbaycan Televiziyası (AzTV) növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.
Azvision.az xəbər verir ki, xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər.

Süjetdən görünür ki, bir neçə gün əvvəl eyni xəstəxanadan hazırlanmış reportajda boş olan çarpayılarda artıq koronavirus xəstələri yatırlar.



TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar.

COVID-19-dan sağalmış Almaz Ağayeva isə deyib ki, həkimlərin səyi nəticəsində həyata yenidən göz açıb. O, yaşı çox olduğundan, koronavirusdan sağalacağına ümidsiz olsa da, özünü şanslılardan hesab edir.

Azvision.az

Teqlər: Koronavirus