Ukrayna Gürcüstandakı səfirini geri çağırmayacaq

 Ukrayna Gürcüstandakı səfirini geri çağırmayacaq
  08 May 2020    Oxunub:3824
Ukrayna Tbilisinin hərəkətlərinə cavab olaraq Gürcüstandakı səfirini geri çağırmayacaq.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ölkənin Ukraynadakı səfiri Teymuraz Şareşenidze Tbilisiyə çağırılacaq. Buna səbəb Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasıdır.

Azvision.az



Teqlər: Ukrayna   Gürcüstan  





Xəbər lenti