Ötən ay Miqrasiya Xidmətinə 52 848 zəng daxil olub

Ötən ay Miqrasiya Xidmətinə 52 848 zəng daxil olub
  08 May 2020    Oxunub:3251
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzinə bu ilin aprel ayı ərzində 52848 zəng daxil olub.
DMX-dan Azvision.az -a verilən məlumata görə, onlardan 49136-ı Azərbaycan dilində, 3228-i rus dilində, 484-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 19287-si müvəqqəti olma müddətinin uzadılması, 14683-ü müvəqqəti yaşama icazəsi, 1741-i iş icazəsi, 1098-i daimi yaşama icazəsi, 840-ı inzibati xəta, 784-ü vətəndaşlıq məsələləri, 375-i olduğu yer üzrə qeydiyyat, 14040-ı isə digər məsələlər ilə bağlı olub.

Azvision.az


Teqlər: DMX   Miqrasiya-Xidməti  





Xəbər lenti