İlin sonuna kimi yeni metro stansiyası açılacaq

  08 May 2020    Oxunub : 2717
İlin sonuna kimi yeni metro stansiyası açılacaq
Bakı metrosu adi iş günlərində olduğu kimi səhər saat 6-dan axşam saat 12-ə qədər işləyəcək.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pandemiya olmasına baxmayaraq, yeni B3 stansiyasının tikintisi davam etdirilir: "Ümidvarıq ki, başqa problem olmasa, ilin sonuna qədər stansiyanı istifadəyə verəcəyik".

Aytən Zəhra
Azvision.az

Teqlər: Metro