Türkiyədə 86 mindən çox insan koronavirusdan sağalıb

 Türkiyədə 86 mindən çox insan koronavirusdan sağalıb
  09 May 2020    Oxunub:4344
Türkiyədə son sutka ərzində 48 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1848 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3689, yoluxanlar isə 135 min 569 nəfərə çatıb.

Türkiyədə indiyədək 86 min 396 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti