Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

  08 May 2020    Oxunub : 5001
 Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 8 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5620 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 181 min 530-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus