"Gürcüstan hökuməti bizə göstəriş verə bilməz" - Ukrayna XİN

  08 May 2020    Oxunub : 3448
"Gürcüstan hökuməti bizə göstəriş verə bilməz" - Ukrayna XİN
"Gürcüstan hökuməti Mixail Saakaşvilinin vəzifəyə təyin olunması ilə bağlı göstəriş verə bilməz"
Azvision.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitriy Kuleba deyib.

XİN rəsmisi rəsmi Tbilisiyə cavabında bildirib: "Biz Gürcüstanda ölkədaxili siyasi konteksti anlayırıq və ona müdaxilə etmirik, lakin bizim üçün Saakaşvili Ukrayna vətəndaşıdır. Dünyada heç bir dövlət bizim vətəndaşımızı hara təyin edib-etməməyimizə göstəriş verə bilməz".

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvilini İslahatlar Komitəsinə icraçı katib təyin edib. Bu təyinatdan sonra Gürcüstan XİN etiraz əlaməti olaraq Kiyevdəki səfirini geri çağırıb.

Azvision.az

Teqlər: Ukrayna   Gürcüstan