“Mərmi necə partladısa, üzümün sol hissəsi parça-parça oldu” - Döyüş xatirəsi

  09 May 2020    Oxunub : 2731
 “Mərmi necə partladısa, üzümün sol hissəsi parça-parça oldu” - Döyüş xatirəsi
“Sentyabr ayı idi. Bizim bölük Stalindən əmr gözləyirdi. Mən də pulemyotçu idim. Səhərin açılmasına iki saat qalmış atəşə başladılar. Atılan mərmi necə partladısa, üzümün sol hissəsi parça-parça oldu”.

Azvision.az xəbər verir ki, bu sözləri Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Alı Əliyev deyib.
Atəşdən sonra huşunu itirdiyini söyləyən A.Əliyev hər yerinin qan içərisində olduğunu bildirib: “Gəncəli Atakişiyev məni sürüyərək səngərə yuvarladı. Məni xərəkdə yaxınlıqdakı bağa apardılar. Oradakı kapitan soyadımı soruşdu. Dedim ki, Əliyev. Dedi ermənisən? Cavab verdim ki, yox, azərbaycanlıyam. Qayıtdı ki, mən də azərbaycanlıyam, Gəncədənəm. Kağız yazıb cibimə qoydu. Təkcə məni Krasnodara aparması üçün əmr verdi. At arabası ilə məni Krasnodar vilayətinin Krasnomerski şəhərinə gətirdilər. Orada 4 ay müalicə aldım və sağaldım. Əhd etmişdim ki, sağalsam, yenidən cəbhəyə gedəcəyəm. Sonradan yenidən cəbhəyə getdim”.

Azvision.az

Teqlər: Müharibə   9-may