Tramp: “Koronavirus öz-özünə çəkilib gedəcək”

  Tramp:  “Koronavirus öz-özünə çəkilib gedəcək”
  09 May 2020    Oxunub:3717
ABŞ Prezidenti Donald Tramp koronavirusun peyvənd olmadan yox olacağı qənaətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Koronavirus peyvənd yaratmaq mümkün olmasa belə, gec-tez yox olacaq. Peyvəndsiz gedəcək və ümid edirəm ki, bir müddət sonra onu görməyəcəyik”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp həkimlərin dediklərinə etibar edərək belə qənaətə gəldiyini söyləyib: “Onlar deyirlər ki, koronavirus yox olacaq. Əvvəl-axır o gedəcək. Payıza qədər, yaxud payızdan sonra, deyə bilmərəm, lakin virus sonunda öz-özünə çəkilib gedəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Koronavirus  





Xəbər lenti