Maska taxmayanlar metroya buraxılmır - FOTOREPORTAJ

Maska taxmayanlar metroya buraxılmır -  FOTOREPORTAJ
  09 May 2020    Oxunub:18279
Bu gündən Bakı metsonu fəaliyyətini bərpa edib. Metronun iş rejimi Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirilir.
Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi üçün bütün imkanlar yaradılıb. Metronun girişlərində sərnişinlərin bu qaydalara əməl etmələri üçün polis əməkdaşları tərəfindən yoxlamalar aparılır və qaydaları pozan şəxslərin metrodan istifadəsinə icazə verilmir.

Azvision.az-ın 39 gündən sonra fəaliyyətini bərpa edən Bakı metrosundan hazırladığı fotoreportajı təqdim edirik:































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Metro   Karantin   Koronavirus  





Xəbər lenti