Ölkədə koronavirusdan sağalanların sayı 1620-yə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 1620-yə çatdı
  09 May 2020    Oxunub:3980
Azərbaycanda indiyədək 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan 1620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti