Bugünkü yoluxmalar harada aşkar edilb? - RƏSMİ

  Bugünkü yoluxmalar harada aşkar edilb? -    RƏSMİ
  09 May 2020    Oxunub:17747
Bugünkü yoluxma faktları Bakı, Gəncə şəhərləri, Yevlax, Abşeron, Kürdəmir, Ağcabədi, Tovuz və Şirvanda aşkar edilib.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə üzrə yoluxmaların əksəriyyəti Bakı şəhərindədir: “İkinci yerdə Gəncə şəhəri, daha sonra Yevlax gəlir. Statistik rəqəmlərdən göründüyü kimi ikinci dalğa təhlükəsi yaşanır. Biz buna hazır idik. Operativ Qərargah haqlı olaraq vətəndaşları tövsiyyələrə əməl etməyə çağırıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti