Bakıda koronavirus ən çox Yasamalda yayılıb

   Bakıda koronavirus ən çox Yasamalda yayılıb
  09 May 2020    Oxunub:5041
Bakı şəhərində koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax bölgəsində yoluxma 13,6 faiz, Aran bölgəsində yoluxma 10,2 faiz, Lənkəran bölgəsində yoluxma 9,4 faizdir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xaricdən idxal olunan infeksiya 9,1 faiz təşkil edir: “Xaricdən idxal olunan infeksiya sayının çoxluğu onların karantin rejimində qalmasının vacibliyini bir daha doğruldur. Bakı şəhəri üzrə yoluxma ən çox Yasamal rayonunda olub - 19,8 faiz. Nəsimi rayonunda yoluxma 16,7 faiz, Binəqədi rayonunda yoluxma 14,3, Sabunçu rayonunda yoluxma 14,8 faiz olub. Bu gün aşkarlanan yoluxmaların böyük hissəsi Nəsimi rayonunda qeydə alınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti