Ramin Bayramlı: “Yoluxma sayının artması təbiidir”

    Ramin Bayramlı:    “Yoluxma sayının artması təbiidir”
  09 May 2020    Oxunub:5288
Koronavirusa yoluxanların sayının artması bizim tərəfimizdən təbii qəbul olunur. Sərt karantin rejimindən çıxdıqca yoluxma sayının artmasını gözləyirdik.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yoluxmaların artmasında səbəb vətəndaşların səhlənkarlığıdır.

“İctimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, marketlərdə, banklarda insanların maska taxmadan gəzdiyini, sosial məsafəni gözləmədiyini görürürk. Nəticədə yoluxma artır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti