ÜST Azərbaycanda görülən işləri yüksək qiymətləndirir

   ÜST Azərbaycanda görülən işləri yüksək qiymətləndirir
  09 May 2020    Oxunub:3873
Pandemiyanın 5 ayında dünyada 3,7 milyondan çox insan COVİD-19 virusuna yoluxub, 250 mindən çox insan dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Avropada 1,6 milyondan çox insan koronavirusa yoluxub: “Pandemiyanın təsiri yoluxma və ölümlərin sayından daha çoxdur. Pandemiya səhiyyə xidmətlərinə ciddi təsir göstərir”.

H.Harmancı bildirib ki, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə insanların təhlükəsizliyinin qorunmasını əsas tutması onları sevindirir.

"Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyəti ilə fərqlənir. Azərbaycan 2 dəfə ÜST-ə 5 milyon ABŞ dolları ayırıb. Biz buna görə Prezident İlham Əliyevə minnətdarıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti