“Karantini yenidən sərtləşdirməyə ehtiyac yoxdur” - Ramin Bayramlı

 “Karantini yenidən sərtləşdirməyə ehtiyac yoxdur” -  Ramin Bayramlı
  09 May 2020    Oxunub:6403
Karantin rejiminin tədricən yumşaldılması nəticəsində ikinci dalğanın olması ehtimalı gözlənilən idi. Bugünkü göstəricilər bizə deməyə əsas verir ki, qaydaları təkrar sərtləşdirməyə ehtiyac yoxdur.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Biz buna hazırıq və bütün tibbi heyət, avadanlıqlar hazır vəziyyətə gətirilib. Vətəndaşlarımızın məsuliyyəti bundan sonrakı həyatımızın əsas hissəsinə çevrilməlidir”, - deyə TƏBİB sədri vurğulayıb.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti