Modul tipli xəstəxanaların qurulacağı yerlər bilindi

 Modul tipli xəstəxanaların qurulacağı yerlər bilindi
  09 May 2020    Oxunub:4283
Növbəti modul tipli xəstəxanalardan birinin Bakı şəhərində quraşdırılmasına başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, daha sonra modul tipli xəstəxanalar Gəncə, yenidən Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Qəbələ və Şəmkir rayonlarındakı xəstəxanaların həyətində inşa olunacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Xəstəxana  





Xəbər lenti