TƏBİB: “Bir müddət sonra sağalanların sayı artacaq”

      TƏBİB:    “Bir müddət sonra sağalanların sayı artacaq”
  09 May 2020    Oxunub:5227
Bu gün sağalanların sayının az olması xüsusi karantin rejimində yoluxan şəxslərin sayının az olması ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda yoluxanların sayında artım müşahidə edilir: “Kliniki gedişdən asılı olaraq bir müddət sonra sağalanların sayında artım müşahidə olunacaq”.

R.Bayramlı bildirib ki, yoluxmaya görə regionların sarı və narıncı rəngdə işarələnməsi davam edir. “Bu gün yoluxma sayı regionlarda karantin rejiminin təkrar sərtləşdirilməsinə və sarı rəngin narıncıya çevrilməsinə imkan vermir. Bu məsələ gündəmdə deyil. Yoluxma sayının artması insanların iş yerlərində maskadan istifadə etməməsi, sosial məsafəni gözləməməsi və məsuliyyətsizlik etməsi ilə əlaqədardır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Covid-19   Koronavirus  





Xəbər lenti