Ticarət mərkəzləri bu ay açılmayacaq - RƏSMİ

  Ticarət mərkəzləri bu ay açılmayacaq -    RƏSMİ
  09 May 2020    Oxunub:5281
Böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Lakin onların bu ayın sonuna qədər açılması gözlənilmir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Operativ Qərargah statistik göstəriciləri təhlil edərək qərar verəcək.

“Gələcək günlərdə ola bilsin ki, ticarət mərkəzləri açılsın. Lakin mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinə məhdudiyyət qoyula bilər”, - deyə TƏBİB sədri bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   TƏBİB  





Xəbər lenti