Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı - Yenilənib

Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı -  Yenilənib
  09 May 2020    Oxunub:4687
Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, B.Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti