DOST mərkəzlərinə 100 mininci müraciət qeydə alındı
2 saylı Bakı DOST mərkəzinin direktoru Seymur Alıyev və Agentliyin digər əməkdaşları 100 000-ci müraciəti edən vətəndaşın evində ona DOST Agentliyinin xüsusi hədiyyələrini və təşəkkürnaməni təqdim ediblər.
E.Balayeva xüsusi karantin rejimi olmasına baxmayaraq, ona göstərilən operativ və şəffaf xidmətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının 1 ili tamam olur. DOST mərkəzlərində vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.
Azvision.az