Türkiyədə daha 50 nəfər koronavirusdan öldü

   Türkiyədə daha 50 nəfər koronavirusdan öldü
  10 May 2020    Oxunub:5961
Türkiyədə son sutka ərzində 50 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1546 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3739, yoluxanlar isə 137 min 115 nəfərə çatıb.

Türkiyədə indiyədək 89 480 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti