TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqladı - STATİSTİKA

  09 May 2020    Oxunub : 5233
 TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqladı - STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 9 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 7420 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 188 min 950-yə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 22, süni tənəffüs cihazında olan xəstə sayı 9-dür.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus