COVİD-19 qurbanlarının sayı 280 mini keçdi

  10 May 2020    Oxunub : 3559
 COVİD-19 qurbanlarının sayı 280 mini keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 101 min 780 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 280 min 443 nəfərdir. İndiyədək 1 milyon 441 min 798 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 212-dan çox ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirusu   Dünya   Covid-19