Rusiyada koronavirusa yoluxanların sayı 209 mini ötdü

 Rusiyada koronavirusa yoluxanların sayı 209 mini ötdü
  10 May 2020    Oxunub:4232
Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 209 688 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 1915-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 34 306 nəfər sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti