TƏBİB: Kitabxanaların oxu zalları istifadəyə verilməməlidir

   TƏBİB:    Kitabxanaların oxu zalları istifadəyə verilməməlidir
  10 May 2020    Oxunub:5030
Kitab, qəzet və dəftərxana mallarının onlayn satışına üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir. Həmin müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.
Azvision.az xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.

Qeyd olunub ki, əhaliyə xidmət göstərən heyət fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır. Müəssisəyə fərdi qoruyucu vasitələrlə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Bildirilir ki, geyim satışı zamanı paltardəyişmə otaqlarından istifadə qadağandır. Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələri istifadə etmək olmaz. Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti və mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Azvision.az



Teqlər:





Xəbər lenti