Sabirabadda sakinlərə tibbi maskalar paylanılıb

Sabirabadda sakinlərə tibbi maskalar paylanılıb
  10 May 2020    Oxunub:3956
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq rayon ərazisində qabaqlayıcı tədbirlər görülür, sakinlərə tətbiq edilən xüsusi sanitar rejiminin qaydaları çatdırılır.

Həmçinin şöbə əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.

Sakinlərə tibbi maska paylayan Sabirabad RPŞ-nin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə ediblər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti