“Atletlər kəndi”nə kimlər yerləşdirilir? - AÇIQLAMA

   “Atletlər kəndi”nə kimlər yerləşdirilir? -    AÇIQLAMA
  10 May 2020    Oxunub:7484
Mayın 8-də “Atletlər kəndi”ndəki karantin mərkəzinə yerləşdirilən şəxslərin çoxu xaricdən ölkəyə gətirilənlər olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, həmin karantin mərkəzinə daxildə olan müəyyən qruplar da yerləşdirilib: "Məsələn, tibb işçiləri işlərini bitirdikdən sonra evə buraxılmadan əvvəl 14 gün karantində saxlanılır. Orada, həmçinin işə göndəriləcək neftçilər də karantində saxlanılır. Başqa sahələr üzrə çalışan şəxslər müayinədən keçirildikdən sonra evə və ya işə buraxılır. Həmin karantin məntəqəsində əsasən xaricdən gələn vətəndaşlarımız yerləşdirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Karantin  





Xəbər lenti