Avstraliyada COVID-19 aksiyası: 10 nəfər tutuldu

  10 May 2020    Oxunub : 2732
Avstraliyada COVID-19 aksiyası: 10 nəfər tutuldu
Avstraliyanın Melburn şəhərində koronavirusla əlaqədar tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə qarşı etiraz aksiyası keçirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, parlament binası yaxınlığında keçirilən aksiyada 100-dən çox insan iştirak edib.

Onların bir çoxu hakimiyyətin pandemiya ilə mübarizə bəhanəsi adı altında vətəndaşların şəxsi həyatlarına müdaxilə etməsindən narazı olduqlarını bildiriblər.

Etirazçıların fikrincə, hökumət qəsdən yalnış məlumatlardan istifadə edərək əhalinin azadlığını sarsıtmağa çalışır. Polisə qarşı fiziki güc tətbiq edən 10 nəfər saxlanılıb.

Son məlumatlara görə, Avstraliyada indiyədək 6929 nəfərdə koronavirus aşkarlanıb.

Azvision.az

Teqlər: Avstraliya