Məşhur stadion xəstəxanaya çevrildi

Məşhur stadion xəstəxanaya çevrildi
  10 May 2020    Oxunub:4221
Braziliyanın Rio de Janeyro şəhərində yerləşən dünyaca məşhur Marakana stadionu koronavirus pandemiyası səbəbilə xəstəxanaya çevrilib.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Stadionun ətrafında 38 günə inşa edilən modul tipli xəstəxana istifadəyə verilib. 400 çarpayılıq xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alacaqlar.

Qeyd edək ki, Braziliyada indiyədək 155 min 939 nəfər koronavirusa yoluxub, onlardan 10 min 627-i vəfat edib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti