Ölkədə koronavirusdan sağalanların sayı 1650-yə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 1650-yə çatdı
  10 May 2020    Oxunub:4163
Azərbaycanda indiyədək 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti