Türkiyədə koronavirusdan ölənlərin sayı 3786 oldu

  10 May 2020    Oxunub : 4060
 Türkiyədə koronavirusdan ölənlərin sayı 3786 oldu
Türkiyədə son sutka ərzində 47 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1542 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3786, yoluxanlar isə 138 min 657 nəfərə çatıb.

Türkiyədə indiyədək 92 min 691 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus