Azərbaycanda koronavirusla bağlı hazırkı vəziyyət - STATİSTİKA

  10 May 2020    Oxunub : 8922
 Azərbaycanda koronavirusla bağlı hazırkı vəziyyət - STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 10 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4461 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 193 min 411-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 20, süni tənəffüs cihazında olan xəstə sayı 9-dür.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus