Azərbaycanlılar İstanbulda karantini pozdular

 Azərbaycanlılar İstanbulda karantini pozdular
  11 May 2020    Oxunub:5891
Türkiyənin İstanbul şəhərində karantin qaydalarını pozan 3 azərbaycanlı saxlanılıb.
Azvision.az xəbər verir ki, polis küçəyə çıxma qadağasının olmasına baxmayaraq, maska taxmayan 3 nəfərin Taksimdəki İstiqlal küçəsində gəzdiyini görüb.

Həmin şəxslərdən biri polisə Azərbaycandan gəldiyini və iki qonağını gəzdirmək üçün küçəyə çıxdığını bildirib.

İstanbul polisi karantin qaydalarını pozan azərbaycanlıların hər birinə 3150 lirə cərimə yazıb. Buna etirazını bildirən azərbaycanlı polislə mübahisə etməyə başlayıb. Nəticədə asayiş keşikçiləri onu Taksim Polis Şöbəsinə aparıblar.

Azvision.az


Teqlər: İstanbul   Karantin  





Xəbər lenti