​Moskvada koronavirus qurbanlarının sayı 1100-ü ötdü

​Moskvada koronavirus qurbanlarının sayı 1100-ü ötdü
  11 May 2020    Oxunub:4113
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 56 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1124 nəfərə çatıb.

Rusiyada indiyədək 209 min 688 nəfər koronavirusa yoluxub, 1915 ölüm halı qeydə alınıb.

Azvision.az


Teqlər: Rusiya   Moskva  





Xəbər lenti