İranda gəmi faciəsi: 19 ölü, 15 yaralı var

  İranda gəmi faciəsi:  19 ölü, 15 yaralı var
  11 May 2020    Oxunub:5240
İran gəmisində baş vermiş insident nəticəsində 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun mətbuat xidməti məlumat yayıb. Lakin mətbuat xidməti insidentin yanlış raket atəşi nəticəsində baş verdiyini təsdiqləməyib.
Bir çox xarici KİV-lər gəminin səhvən İran Hərbi Dəniz Qüvvələri tərəfindən vurula bilmə ehtimalını irəli sürüb. Bundan başqa, hadisə nəticəsində bir nəfərin öldüyü, 15 nəfərin yaralandığı deyilirdi.

Qeyd edək ki, ötən gün yayılmış xəbərlərdə İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğu bildirilirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Gəmi  





Xəbər lenti