52 Azərbaycan vətəndaşı Riqadan Bakıya yola salındı

52 Azərbaycan vətəndaşı Riqadan Bakıya yola salındı
  11 May 2020    Oxunub:4815
Latviyanın "AirBaltic" aviaşirkətinin çarter reysi ilə 52 nəfər soydaşımız Riqadan Bakıya yola salınıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, pandemiya səbəbindən Azərbaycana qayıda bilməyən 43 nəfər Litvanın Klaypeda, Kaunas, Akmene, Utyana və Vilnüs şəhərlərindən, digər 9 nəfər isə Latviyanın müxtəlif şəhərlərindən Riqa Beynəlxalq Hava Limanına gəliblər. Çarter reysi ilə biri az yaşlı olmaqla, 52 vətəndaşımız ölkəmizə yola salınıb.

Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, soydaşlarımızın təxliyəsində ölkəmizin Latviya və Litvadakı səfirlikləri öz fəaliyyətlərini əlaqələndiriblər. Bu günədək çarter reysi ilə ümumilikdə Latviyadan 29, Litvadan 79 Azərbaycan vətəndaşı təxliyə edilib.

Azvision.az


Teqlər: Riqa   Latviya   Azərbaycan   Pandemiya   Vətəndaş  





Xəbər lenti