İki gündə 54 cinayətin üstü “isti izlər”lə açılıb

   İki gündə 54 cinayətin üstü “isti izlər”lə açılıb
  11 May 2020    Oxunub:4209
Respublikanın daxili işlər orqanları son iki gün ərzində törədilmiş 54 cinayətin üstünü “isti izlər”lə açıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti