Sosial yardım alanların sayı artırılır

 Sosial yardım alanların sayı artırılır
  11 May 2020    Oxunub:4602
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik təklif edilir.

Azvision.az xəbər verir ki, qanuna əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.
Təklifə edilən dəyişikliyə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Sosial   Yardım  





Xəbər lenti