Çin və Hindistan arasında qarşıdurma: 11 əsgər yaralandı

Çin və Hindistan arasında qarşıdurma:    11 əsgər yaralandı
  11 May 2020    Oxunub:5376
Hindistan və Çinin sərhədində yerləşən Sikkim əyalətinin Naku La rayonunda iki ölkənin əsgərləri arasında qarşıdurma olub.
Azvision.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Bildirilir ki, 150 Hindistan və Çin əsgəri arasında baş vermiş qarşıdurmada 4 hindistanlı və 7 çinli sərhədçi yaralanıb. Qarşıdurmanın səbəbi məlum deyil.

Məlumata görə, tərəflər arasında tez-tez insident yaranır. Bu isə Hindistanı müttəfiqi Butandan ayıran vadinin Çinin nəzarətində olması ilə əlaqələndirilir. Nəticədə xoşagəlməz olaylar qeydə alınır.

Xatırladaq ki, Çin və Hindistan arasında sərhəd xəttinin uzunluğu 3500 kilometrdir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Çin   Hindistan   Gərginlik   Sərhəd   Əsgər  





Xəbər lenti