ABŞ-Çin gərginliyi dərinləşir: Hakerlər hərəkətə keçdi

    ABŞ-Çin gərginliyi dərinləşir:    Hakerlər hərəkətə keçdi
  11 May 2020    Oxunub:4526
ABŞ və Çin arasında koronavirus böhranı dərinləşməkdə davam edir.
Azvision.az xəbər verir ki, bu dəfə çinli hakerlər amerikalıların COVİD-19 vaksini ilə bağlı araşdırmalarını ələ keçirməyə çalışıblar.

Federal Təhlükəsizlik Bürosu və daxili işlər orqanlarının birgə bəyanatında qeyd olunur ki, çinli hakerlər vaksin, xəstəliyin müalicə üsulları və testlərə dair dəyərli məlumatları oğurlamağa cəhd göstəriblər.

Qeyd edək ki, ABŞ tərəfi Çini koronavirus infeksiyasını yaymaqda ittiham edir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Çin   Koronavirus   Haker  





Xəbər lenti