Ermənistanda banklara qarşı etiraz aksiyası keçirilir - VİDEO

Ermənistanda banklara qarşı etiraz aksiyası keçirilir -  VİDEO
  11 May 2020    Oxunub:4159
Ermənistanın Mərkəzi Bankının qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları kredit təşkilatlarının lisenziyalarının ləğvini tələb edirlər.

"Bizim hərəkatımız “Soyğuna Yox ", "Kredit təşkilatlarına Yox” adlanır. Mübarizəmiz Mərkəzi Banka, bank sisteminə, onlar tərəfindən verilmiş lisenziyalı sələmçi təşkilatlara qarşıdır. Fövqəladə vəziyyət zamanı insanlara zəng vuran, onların çətin vəziyyətini nəzərə almadan pul tələb edən, vətəndaşı düşünməyən təşkilatların lisenziyalarının birmənalı şəkildə ləğvini tələb edirik”, - deyə aksiya iştirakçılarından olan Manuel Manukyan bildirib.

Mitinq iştirakçıları Mərkəzi Bankın nümayəndəsi ilə görüş tələb edirlər, əks halda oturaq aksiya keçirəcəklərini bəyan ediblər. Onlar tələbləri təmin olunana qədər hər gün aksiyanı davam etdirəcəklərini bildiriblər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya   Etiraz  





Xəbər lenti