Paşinyanın babasının faşistlərə xidmət etdiyi üzə çıxdı

 Paşinyanın babasının faşistlərə xidmət etdiyi üzə çıxdı
  11 May 2020    Oxunub:10659
Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi münasibətilə sosial şəbəkə hesabında babasının fotosunu paylaşıb.
Azvision.az -ın məlumatına görə, Paşinyan iddia edib ki, babası 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub.

Erməni baş nazirin paylaşımı birmənalı qarşılanmayıb. Onun babası haqqında məlumatlar araşdırılarkən üzə çıxıb ki, Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşub.

Aşkar olunan dəlillər təsdiqləyir ki, Paşinyanın babası nasist hakimiyyəti ilə əməkdaşlıq edib və onların xeyrinə xidmət aparıb.







Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti