Ölkədə koronavirusdan sağalanların sayı 1680-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 1680-ə çatdı
  11 May 2020    Oxunub:4024
Azərbaycanda indiyədək 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a bildirilib ki, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti