Ağstafada sel 3 körpünü dağıdıb - FOTO

Ağstafada sel 3 körpünü dağıdıb -  FOTO
  11 May 2020    Oxunub:4228
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə FHN-ə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.





Azvision.az


Teqlər: FHN   Ağstafa  





Xəbər lenti