TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
  12 May 2020    Oxunub:5050
Azərbaycanda koronavirusla bağlı 11 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4134 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 197 min 545-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 25, süni tənəffüs cihazında olan xəstə sayı 10-dur.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti