“EuroHome”dakı yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

 “EuroHome”dakı yanğın söndürüldü -  VİDEO (YENİLƏNİB)
  12 May 2020    Oxunub:19169
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.

FHN Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

***
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vemiş yanğın söndürülüb.

Azvision.az xəbər verir ki, hazırda ərazidə soyutma işləri aparılır. Yanğının təxminən 3500 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.



***
(23:15)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bundan öncə də "EuroHome" bazarında yanğın olub.



Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti