Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

  12 May 2020    Oxunub : 4102
 Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır
Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Azvision.az

Teqlər: Ali-Məktəb   Sənəd   Qəbum   Onlyan   İmtahan